...

Bakı şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqində iki min nəfər iştirak edib

Siyasət Materials 23 Sentyabr 2013 14:11 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi barədə məlumat yayıb.
Bakı şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqində iki min nəfər iştirak edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bakı şəhər Baş Polis İdarəsi sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi barədə məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti