Arif Babayev: Pərviz Həşimovun həbsinin onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğu barədə yayımlanan fikirlərin hamısı əsassızdır (SORĞU)

Arif Babayev: Pərviz Həşimovun həbsinin onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğu barədə yayımlanan fikirlərin hamısı əsassızdır (SORĞU)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Trend-in sorğusunu cavablandırıb

- Bəzi KİV-lərdə "Bizim yol" qəzetinin əməkdaşı və "Moderator.az" saytının rəhbəri Pərviz Həşimlinin həbsi ilə bağlı müxtəlif informasiyalar yer alır. Onun işində hansı yeniliklər var?

- Hazırda istintaq davam etdirildiyindən əlavə məlumatın verilməsi hələlik mümkün deyil. Lakin istintaqın tam, hərtərəfli və obyektiv gedişinə mane olmaq istəyən, bu məsələdən özlərinin müəyyən ambisiyaları və maraqları üçün istifadə etməyə çalışan bəzi qüvvələr, həmçinin dırnaqarası "təhqiqatçı-müstəqil" cızmaqaraçılar vardır ki, ictimaiyyətdə yanlış fikir formalaşdırmaq üçün canfəşanlıq edirlər. Ona görə də bu məsələ ilə bağlı bir daha bunları diqqətə çatdırmağı vacib hesab edirəm. Sentyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin rəsmi məlumatı yayımlandı. Həmin məlumatda qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinə daxil olan məlumatlar əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycan ərazisinə qaçaq yolla gətirilməsinin qarşısı alınıb. 2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Gəncə şəhəri, Nizami rayonundakı Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakının Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonunda qeydiyyatda olan, faktiki olaraq Bakının Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanıb. Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilən razılığa əsasən, Rza həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib. Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı da odlu silahları və döyüş sursatını sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya verib, qalan 3 min dolları isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb. Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi "Volkswagen Caddy" markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də həyata keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu həmin avtomobil saxlanılıb. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilən baxış zamanı avtomaşının salonunda 6 ədəd "Makarov" tipli tapança, "Makarov" tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək götürülüb. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min dollardan 2 min 800-ü də aşkar edilərək maddi sübüt kimi götürülüb. Hazırda istintaq davam edir. İctimaiyyətə əlavə məlumat veriləcək.

- Bəzi qəzetlər və qeyri-hökumət təşkilatları P.Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mən artıq qeyd etdim ki, bu məsələnin qeyri-obyektiv prizmadan təqdim olunmasında müəyyən qüvvələrin öz məqsədləri var. Həmin qüvvələr bu cinayət işi barədə bilərəkdən yanlış rəy formalaşdırmağa, məsələyə öz istədikləri çaları verməyə çalışırlar. Pərviz Həşimov və Təvəkkül Qurbanov xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycana qaçaq yolla gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə başlanan cinayət təqibi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Pərviz Həşimovun məsuliyyətə cəlb edilməsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə, milli təhlükəsizlik orqanları heç bir halda kimisə onun siyasi baxışlarına, əqidəsinə, jurnalist fəaliyyətinə görə məsuliyyətə cəlb etmir. Bununla bağlı bir fakt belə yoxdur. Pərviz Həşimov və Təvəkkül Qurbanovun işində konkret cinayət faktı mövcuddur və bu fakt üzrə də cinayət işi başlanılıb. Ona görə də Pərviz Həşimovun həbsinin onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğu barədə qəsdən yayımlanan fikirlərin hamısı əsassızdır və həqiqətə söykənmir. Cinayət işinin MTN İstintaq Baş İdarəsində başlanılmasına və istintaqının aparılmasına gəlincə, mən bəzi dırnaqarası "tanınmış hüquqşünaslar"a qüvvədə olan Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyini bir daha diqqətlə nəzərdən keçirmələrini tövsiyə edərdim.

IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Loading Bars
Xəbər lenti
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Fransa XİN dövlət katibi
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO)
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO)
İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya edib
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (VİDEO)
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qalırdığı bir sıra vacib məsələlərin həllinə nail oldu (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Bütün xəbərlər