...

Ərdoğan: Türkiyənin demokratikləşmə paketi Aİ üçün nümunə ola bilər

Siyasət Materials 2 Oktyabr 2013 17:08 (UTC +04:00)
Türkiyədə qəbul edilən demokratikləşmə üzrə tədbirlər paketi Avropa İttifaqı (Aİ) üçün nümunə ola bilər.
Ərdoğan: Türkiyənin demokratikləşmə paketi Aİ üçün nümunə ola bilər

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə qəbul edilən demokratikləşmə üzrə tədbirlər paketi Avropa İttifaqı (Aİ) üçün nümunə ola bilər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyədə yaşayan digər millətlərin nümayəndələrinin öz dilində təhsil alma imkanı ölkə qarşısında təhsil sahəsi üzrə böyük perspektivlər açacaq.

R.T.Ərdoğan deyib ki, bundan başqa, partiyalar seçkiqabağı təşviqat zamanı təkcə türk deyil, ölkədə danışılan digər dillərdən də istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti