...

Şimal bölgəsində yaşayan seçicilər 356 məntəqədə səs verirlər

Siyasət Materials 9 Oktyabr 2013 10:14 (UTC +04:00)
Bu gün şimal bölgəsində yaşayan seçicilər 356 məntəqədə səs verəcəklər.
Şimal bölgəsində yaşayan seçicilər 356 məntəqədə səs verirlər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bu gün şimal bölgəsində yaşayan seçicilər 356 məntəqədə səs verəcəklər.

Trend Regional TV-yə istinadən xəbər verir ki, 51 saylı Qusar seçki dairəsinə 62 məntəqə daxildir. 46553 nəfər seçicinin qeydiyyatda olduğu seçki dairəsində 870 nəfər ilk dəfə səs verəcək. Seçki dairəsinə daxil olan məntəqələrdə 10 veb-kamera quraşdırılıb. Seçki dairəsində 652 nəfər müşahidəçi qeydə alınıb.

52 saylı Quba seçki dairəsinə 70 seçki məntəqəsi daxildir. Burada 44483 seçici qeydiyyatdadır ki, onların da 1506 nəfəri ilk dəfə səs verəcək. Seçki dairəsinin məntəqələrində 10 veb-kamera quraşdırılıb. 655 nəfər isə müşahidəçi kimi qeydiyyatdan keçib.

53 saylı Quba-Qusar seçki dairəsində 75 seçki məntəqəsi var. Məntəqədə 45937 seçici qeydiyyata alınıb. 813 seçici isə ilk dəfə səs verəcək. Dairəyə daxil olan məntəqələrə 10 veb-kamera quraşdırılıb. 712 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

54 saylı Şabran-Siyəzən seçki dairəsində 68 seçki məntəqəsi var. Məntəqədə 49143 seçici qeydiyyata alınıb. 2339 seçici isə ilk dəfə səs verəcək. Dairəyə daxil olan məntəqələrə 10 veb-kamera quraşdırılıb. 435 nəfər müşahidəçi seçki prosesini izləyəcək.

55 saylı Xaçmaz şəhər seçki dairəsinə 38 seçki məntəqəsi daxildir. Burada 43039 seçici qeydiyyatdadır ki, onların da 471 nəfəri ilk dəfə səs verəcək. Seçki dairəsinin məntəqələrində 12 veb-kamera quraşdırılıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 171 nəfərdir.

56 saylı Xaçmaz kənd seçki dairəsinə 43 seçki məntəqəsi daxildir. Burada 45154 seçici qeydiyyatdadır ki, onların da 487 nəfəri ilk dəfə səs verəcək. Seçki dairəsinin məntəqələrində 10 veb-kamera quraşdırılıb. Seçki prosesini izləmək üçün 181 müşahidəçi kimi qeydiyyatdan keçib.

Ümumilikdə şimal bölgəsində 6 seçki dairəsi üzrə 274309 seçici qeydiyyatdadır. Onlar 356 məntəqədə səs verəcəklər. 6486 nəfər isə ilk dəfə səs verəcək. Şimal bölgəsində seçki prosesini 2 min 806 müşahidəçi izləyəcək. Bölgədə seçki prosesini izləmək üçün
məntəqələrdə 62 veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti