...

Azərbaycan Rusiya XİN-ə Orxan Zeynalovun həbsi ilə əlaqədar nota göndərəcək

Siyasət Materials 17 Oktyabr 2013 00:14 (UTC +04:00)
Azərbaycan tərəfi Rusiya Xarici Işlər Nazirliyinə Orxan Zeynalovun həbsi ilə əlaqədar nota göndərəcək və ona konsulluq dəstəyi tələb edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Azərbaycan Rusiya XİN-ə Orxan Zeynalovun həbsi ilə əlaqədar nota göndərəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan tərəfi Rusiya Xarici Işlər Nazirliyinə Orxan Zeynalovun həbsi ilə əlaqədar nota göndərəcək və ona konsulluq dəstəyi tələb edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Biz Xarici Işlər Nazirliyinə nota hazırlamışıq, onu sabah göndərəcəyik və qətldə şübhəli bilinən şəxsə konsulluq dəstəyi tələb edəcəyik. Onun yanına vəkil, hətta, lazım olsa, tərcüməçi də buraxılmalıdır ki, bütün proseslər hüquqi platformada baş tutsun" - deyə Bülbüloğlu bildirib.

Diplomat qeyd edib ki, əgər Orxan Zeynalovun cinayəti sübuta yetirilərsə, o, ən yüksək cəzaya layiqdir.

P.Bülbüloğlu həmçinin, deyib ki, Azərbaycan səfirliyi hadisə haqqında xəbər tutan kimi Rusiya tərəfinə cinayətkarın tutulması üçün köməyini təklif edib. Moskvada olan Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları da prosesə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti