...

Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2013 20:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdi.
Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdi.

Dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və önünə gül dəstələri qoydular.

Dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını ziyarət edib.

Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti