...

Sergey Lavrov: Aİ Trans-Xəzər layihəsini Azərbaycan və Türkmənistana sırıyır

Siyasət Materials 28 Oktyabr 2013 16:02 (UTC +04:00)
Avropa İttifaqı Trans-Xəzər qaz kəməri layihəsini Azərbaycan və Türkmənistana sırıyır.
Sergey Lavrov: Aİ Trans-Xəzər layihəsini Azərbaycan və Türkmənistana sırıyır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Avropa İttifaqı Trans-Xəzər qaz kəməri layihəsini Azərbaycan və Türkmənistana sırıyır. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov bildirib: "Bizim Aİ-dən olan tərəfdaşlarımız Trans-Xəzər qaz boru kəməri layihəsini sözün əsl mənasında Azərbaycan və Türkmənistana sırıyır".

Onun sözlərinə görə, onlar belə məsələlərə saymazyana yanaşırlar: "Bu məsələ Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti