...

ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə bəyanat yaydı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Noyabr 2013 15:34 (UTC +04:00)
Həmsədr bildirib ki, görüş Vyanada təşkil olunacaq.
ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə bəyanat yaydı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 14:41-də yayılıb)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş sabah baş tutacaq. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Həmsədr bildirib ki, görüş Vyanada təşkil olunacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü barədə ATƏT-in rəsmi saytı da bəyanat yayıb. Bəyanata əsasən, prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun vasitəçiliyə ilə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti