...

Türkiyə XİN: Əhməd Davudoğlunun Ermənistana gedəcəyi hələ bəlli deyil

Siyasət Materials 20 Noyabr 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına gedəcəyi hələ ki bəlli deyil. Bu barədə Trend-ə açıqlamasında Türkiyə XİN rəhbərinin müşaviri Osman Sərt bildirib.

XİN rəsmisi bildirib ki, hazırda Davudoğlunun Yerevana səfəri dəyərləndirilmə mərhələsindədir.

O.Sərt qeyd edib ki, xarici işlər nazirinin Yerevana dəvət olunması xüsusi dəvət deyil və Türkiyə XİN-in rəhbəri kimi, quruma daxil olan ölkələrin XİN rəhbərləri də dəvət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti