...

İranın Azərbaycandakı səfirliyində Beyrutda terror aktı zamanı ölənlərin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 27 Noyabr 2013 12:16 (UTC +04:00)
Bu gün İranın Azərbaycandakı səfirliyində noyabrın 19-u Livanın paytaxtı Beyrutda İran səfirliyinin qarşısında törədilən terror aktının qurbanları anılıb.
İranın Azərbaycandakı səfirliyində Beyrutda terror aktı zamanı ölənlərin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Azərbaycandakı səfirliyində noyabrın 19-u Livanın paytaxtı Beyrutda İran səfirliyinin qarşısında törədilən terror aktının qurbanları anılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar səfirliyin binasında "Xatirə kitabı" qoyulub.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na öz ürək sözlərini bu gün saat 17:00-dək səfirliyin binasına gələrək yaza bilrələr.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, ötən həftə törədilən terror hadisəsi nəticəsində İranın Livandakı səfirliyinin mədəniyyət müşaviri İbrahim Ənsari də həlak olub: "Bir çox səfirliklər, o cümlədən Azərbaycan tərəfi bizim dərdimizlə şərik çıxıb".

Diplomat qeyd edib ki, belə bir tədbirin keçirilməsinin məqsədi ondan ibarətdir ki, dünya ictimaiyyəti terrorun acı nəticələrini görsün: "Biz düşünürük ki, terrorizm böyük güclərin himayəsi olmadan inkişaf edə bilməz. Terrorçu qruplar güclü dövlətlərin dəstəyi ilə həmin dövlətlərin niyyətlərinin yerinə yetirilməsinə çalışır. Bu gün biz bu terrorizmin acı nümunəsini Suriyada görə bilərik".

Qeyd edək ki, noyabrın 19-da İranın Livandakı səfirliyinə terror hücumu edilmişdi. Hadisə nəticəsində 23 nəfər həlak olmuşdu. Onlar arasında İranın Beyrtudakı səfirin mədəniyyət müşaviri İbrahim Ənsari və diplomatlardan birinin həyat yoldaşı da var. Hadisə nəticəsində 150 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti