Azərbaycan, Bakı, 29 noyabr / Trend, müxbir S.Əhmədova /
TÜRKPA Baş Katibi Jandos Asanov Sankt-Peterburq şəhərində Qazaxıstan Parlamenti Senatının Sədri Kassym-Jomart Tokayev ilə görüşüb.
Trend-in TÜRK PA-ya istinadən verdiyi məlumata görə, görüşdə Jandos Asanov Spikerə TÜRKPA-nın fəaliyəti və gələcək planlar haqda məlumat verib.
Görüşün sonunda TÜRKPA Baş Katibi xanımı Guljanla birgə illər ərzində tərtib etdikləri və yenicə nəşr olunmuş İngiliscə-Qazaxca lüğətini cənab Tokayevə hədiyyə olaraq təqdim edib.
J. Asanov həmçinin Sankt-Peterburq şəhərində Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin ilə görüşüb. Rəsmilər TÜRKPA- nın gündəliyi və fəaliyyətini müzakirə ediblər.
Qazaxıstan parlamentinin Aşağı Palatasının sədri TÜRKPA-nın fəaliyyətinin yeni məzmunda inkişafına ehtiyac olduğunu vurğulayıb. Görüşün sonunda TÜRKPA Baş Katibi xanımı Guljanla birgə illər ərzində tərtib etdikləri və yenicə nəşr olunmuş İngiliscə-Qazaxca lüğətini cənab Niqmatulinə hədiyyə olaraq təqdim edib.
Eyni gündə TÜRKPA Baş Katibi Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Jogorku Keneşinin Sədri Asilbek Jeenbekov və Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovla ikitərəfli görüşlərdə iştirak edib.