...

XİN: Cenevrə danışıqlarında uranın zənginləşdirilməsinin miqdarını İran özü təyin edəcək

Siyasət Materials 30 Noyabr 2013 14:56 (UTC +04:00)
Cenevrədə nüvə problemi üzrə danışıqların son mərhələsində uranın zənginləşdirilməsinin miqdarını və zənginləşdirmə formasını İran özü təyin edəcək.
XİN: Cenevrə danışıqlarında uranın zənginləşdirilməsinin miqdarını İran özü təyin edəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Cəfərov/

Cenevrədə nüvə problemi üzrə danışıqların son mərhələsində uranın zənginləşdirilməsinin miqdarını və zənginləşdirmə formasını İran özü təyin edəcək.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: "Biz həmişə demişik ki, son mərhələdə ehtiyaclarımızın təmini üçün təyinedici rola İran malik olmalıdır".

İran və dünyanın altı lider dövləti (P5+1) noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı sanksiyaların bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planını imzalayıblar.

Nazirin sözlərinə görə, Cenevrədə əldə olunan razılıq bu istiqamətdə fəaliyyət üçün yol xəritəsidir və tərəfləri son mərhələyə yaxınlaşdırır: "Əsas məsələlərdən biri budur ki, müzakirələrin başa çatması ilə İranın nüvə proqramının statusu digər ölkələr, misal üçün, Yaponiyanın nüvə proqramı kimi statusa malik olmalıdır".

M.C.Zərif bildirib ki, hələlik uranın zənginləşdirilməsinin necə və hansı çərçivədə həyata keçirilməsi barədə razılıq əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti