...

Azərbaycanda spiker və millət vəkillərinin aylıq vəzifə maaşları artırıldı

Siyasət Materials 17 Dekabr 2013 13:01 (UTC +04:00)
Trend xəbər verir ki, bu gün bununla bağlı Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik edilib.
Azərbaycanda spiker və millət vəkillərinin aylıq vəzifə maaşları artırıldı

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda Milli Məclis sədrinin və deputatların aylıq vəzifə maaşları artırıldı.

Trend xəbər verir ki, bu gün bununla bağlı Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik edilib.

Dəyişiklik barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təqdim olunan layihədə vəzifə maaşının artımı nəzərdə tutulur. Deputatların aylıq vəzifə maaşları da Milli Məclis sədrinin maaşına müvafiq olaraq artır.

Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manatadək artırılıb. Qanuna müvafiq olaraq, bu dəyişikliklərdən sonra avtomatik olaraq deputatların da əməkhaqları artacaq.

Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Lakin bu məbləğin 19 faizi müxtəlif vergilərə cəlb olunacaq: "Belə ki, 14 faizi gəlir vergisi, 3 faizi Dövlət Sosial Müdafiə Fonduna, 2 faizi Həmkarlar İttifaqına yönəldiləcək".

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Zəmədzadə bildirib ki, bunun üçün büdcədən il ərzində cəmi 500 min manat vəsait ayrılacaq ki, bu da Milli Məclisin xərclər smetasının cəmi 0,4-0,5 faizini təşkil edəcək.

Siyavuş Novruzov bildirib ki, bununla cəmiyyətdə ajiotaj yaratmaq düzgün deyil: "Azərbaycan millət vəkillərinin əməkhaqları Rusiya və Qazaxıstanda olanlardan aşağı nəzərdə tutulur. Mən hələ Avropa ölkələri ilə müqayisə etmirəm".

Oqtay Əsədov qeyd edib ki, 8 il ərzində millət vəkillərinin maaşları cəmi 15 fazi artıb. Ona görə də burada artıq söhbətə ehtiyac yoxdur: "Mən çox təəssüf edirəm ki, biz özümüz diqqət etmirik. Özümüz özümüzün hörmətini qaldırmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti