Azərbaycan, Bakı, 4 yanvar /Trend/
İraqın qərbindəki əl-Ənbar əyalətində "əl-Qaidə" ilə əlaqəli qruplaşmanın yaraqlıları ilə döyüşlərdə 8 iraqlı hərbçi həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
"Sky News Arabia" peyk telekanalının məlumatına görə, ən qanlı döyüşlər əl-Fəlluca və Rəmadi şəhərlərinin ətrafında baş verib. Qeyd edək ki, son həftələrdə İraq silahlı qüvvələri həmin ərazilərdə terrorçulara qarşı antiterror əməliyyatları keçirib.
Bundan əvvəl KİV-in yaydığı məlumata görə, "əl-Qaidə" döyüşçüləri əl-Fəlluca şəhərini ələ keçiriblər.
Eyni zamanda, İraq hərbçiləri bildirirlər ki, əl-Fəlluca və Rəmadi ətrafında döyüşlərdə təxminən 60 terrorçu məhv edilib.