Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir R.Hafizoğlu/
"Əl-Qaidə" beynəlxalq terror təşkilatının və terrorçu Kürd Fəhlə Partiyasının Suriya qanadının (PYD) yaraqlılarının fəallaşması Türkiyə üçün təhdiddir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Anadolu" agentliyinə müsahibəsində deyib.
XİN rəhbərinin sözlərinə görə, yad elementlər Suriya ərazisini tərk etməlidir.
Ə.Davudoğlu bildirib ki, Suriyada "əl-Qaidə" və digər terrorçu qruplaşmalar amili müxalifətin ölkənin şimalında mövqelərini möhkəmləndirdiyi bir vaxtda meydana çıxdı.
Nazir qeyd edib ki, Suriya rejimi ilə terrorçu təşkilatlar arasında əlaqə mövcuddur.