...

Türkiyə bəzi hökumət üzvlərinin terror təşkilatları ilə əlaqələrinin olmasını təkzib edib

Siyasət Materials 24 Fevral 2014 14:46 (UTC +04:00)
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bir sıra KİV-lərin hökumətin bəzi üzvlərinin "Salam" terror təşilatı ilə əlaqəsi haqqında yaydıqları məlumatı təkzib edib.
Türkiyə bəzi hökumət üzvlərinin terror təşkilatları ilə əlaqələrinin olmasını təkzib edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bir sıra KİV-lərin hökumətin bəzi üzvlərinin "Salam" terror təşilatı ilə əlaqəsi haqqında yaydıqları məlumatı təkzib edib.

Qeyd edək ki, İstanbul prokurorluğu adıçəkilən terror təşkilatına qarşı artıq təhqiqata başlayıb. Bu barədə Trend bazar ertəsi "TRT Haber" telekanalına istinadən məlumat verir.

Nazirin sözlərinə görə, Türkiyənin bütün dövlət qurumları, o cümlədən Energetika və Təbii Resurslar Nazirliyinin şəffaf strukturu var: "Mən belə bir təşkilatın varlığı haqqında birinci dəfədir eşidirəm və nazirilyin bəzi əməkdaşlarının həmin təşkilatla əlaqəsinin olması iftiradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti