...

Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib

Siyasət Materials 15 Mart 2014 13:25 (UTC +04:00)
Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.
Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, kadr dəyişiklikləri Van, Giresun, Muğla və Sivas vilayətlərində baş verib.

Xatırladaq ki, yanvarda Ankara və İzmirdə kadr yerdəyişmələri 470-dən çox polisə şamil olunmuşdu.

Türkiyədə kadr dəyişikliklərinə ötən ilin dekabrında başlamış antikorrupsiya əməliyyatlarından sonra start verilib.

Son kadr dəyişiklikləri Türkiyənin İzmir şəhərində olub və nəticədə 200-dən artıq polisin iş yeri dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti