...

Baş nazirin müavini: “Twitter” sosial şəbəkəsi Türkiyəyə münasibətdə ikili standartlar tətbiq edir

Siyasət Materials 27 Mart 2014 15:00 (UTC +04:00)
"Twitter" sosial şəbəkəsi Türkiyəyə münasibətdə ikili standartlar tətbiq edir. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əmrullah İşlər deyib.
Baş nazirin müavini: “Twitter” sosial şəbəkəsi Türkiyəyə münasibətdə ikili standartlar tətbiq edir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir R.Hafizoğlu/

"Twitter" sosial şəbəkəsi Türkiyəyə münasibətdə ikili standartlar tətbiq edir. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əmrullah İşlər deyib.

Onun sözlərinə görə, "Twitter" sosial şəbəkəsi Türkiyə hökumətinin tələblərini yerinə yetirməlidir.

Baş nazirin müavini qeyd edib ki, "Twitter" iki il bundan əvvəl Fransa hökumətinin qərarı ilə ölkədə antisemitizmin qızışdırılmasına yönəldilmiş 350 mindən artıq "tvit"i pozub.

Xatırladaq ki, martın 21-də Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb. "Twitter"in bağlanması Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir neçə saat sonra baş verib.

Belə ki, Türkiyənin Baş naziri partiyasının mitinqində bildirib ki, ölkədə Twitter-ə giriş mümkün olmayacaq.

Onun sözlərinə görə, "Twitter" şəbəkəsinə girişin qeyri-mümkünlüyünün azadlığa heç bir aidiyyəti yoxdur.

Bu arada ölkə Prezidenti Abdullah Gül Türkiyə qanunvericiliyinin internet resurslarını tam blokadaya almağa imkan vermədiyini bildirib.

Onun sözlərinə görə, hökumət yalnız təhqiredici məzmunlu dəlillərə qarşı çıxışı bağlaya bilər: "Belə vəziyyətin qarşısını almaq üçün "Twitter" kimi iri şirkətlərlə davamlı əlaqə yaratmaq lazımdır".

Prezident bildirib ki, vəziyyət yaxın vaxtlarda həll edilməlidir.
"Türkiyə region üçün vacib ölkədir, biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və belə vəziyyət, əlbəttə, xoşagəlməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti