...

Türkiyədə bələdiyyə seçkilərində namizədlərdən biri qətlə yetirilib

Siyasət Materials 31 Mart 2014 18:02 (UTC +04:00)
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın bu gün Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib.
Türkiyədə bələdiyyə seçkilərində namizədlərdən biri qətlə yetirilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın bu gün Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti