• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Azərbaycanlı deputatın AŞ PA-da AŞ-Azərbaycan əməkdaşlığının perspektivlərini əks etdirən sənədi yayılıb

7 Aprel 2014 20:01 (UTC+04:00)
  • 0
  • 0

Fransa, Strasburq, 7 aprel /Trend, müxbir A.Məhərrəmli

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Avropa Şurası ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın keçmişini və perspektivlərini əks etdirən sənədi nəşr edilərək yayılıb.

Trend-in məlumatına görə, Azərbaycanın bu təşkilata üzv olduğu illər ərzində ölkədə demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu, insan haqlarının daha da bərqərar olması istiqamətində əldə edilən nailiyyətlərdən bəhs edən R.Hüseynov, eyni zamanda, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin bu təşkilatın zənginləşməsinə ciddi töhfələr verdiyini vurğulayıb.

Sənəddə deyilir: "Biz hamımız əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Bir ay sonra yalnız Avropanın deyil, dünyanın ən mühüm beynəlxalq təşkilatlarndan olan Avropa Şurasının 65 yaşı tamam olur. Hər bir yuvarlaq tarix ilk növbədə arxada qalan yolu təhlil etmək, gələcək barədə düşünmək üçün bir fürsətdir. Avropa Şrası yarananda artıq dünya iki qlobal müharibə yaşamışdı və həmin iki müharibədən daha uzun sürəcək üçüncü soyuq müharibə başlanırdı. Avropa Şurasının qitəmiz və bütün bəşəriyyət qarşısındakı ən başlıca xüdməti bundan ibarətdir ki, məhz həmin soyuq müharibənin başa çatmasına və daha demokratik bir dünyanın qurulmasına əvəzsiz töhfələrini verdi. Nəticə bu gün burada - Strasburqda, Avropa Evinin qarşısında dalğalanan bayraqlardır. Avropa Şurası təşkil edilən vaxtlarda bu ölkələrin bir çoxu üçün dövlət müstəqilliyi əlçatmaz arzu idi. Bu gün vahid Avropa Şurası ailəsinin üzvü olan həmin ölkələrin bir çoxu uzaq olmayan tarixdə soyuq müharibə səngərinin əks tərəflərində idilər. Bu gün isə birlikdə mübarizə aparırıq ki, qitəmiz və dünyamız hər növ isti və soyuq müharibələrdən, həddən artıq isti və həddən artıq soyuq münasibətlərdən uzaqda qalsın".

Millət vəkili sənəddə Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik dönəmindən də bəhs edib: "Gələn ay Azərbaycanın da ictimai-siyasi həyatı üçün çox əlamətdardır. Artıq 13 ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və may ayında biz bu mötəbər təşkilatın Nazirlər Komitəsinə rəhbərlik edəcəyik. XXI əsrin bu 13 ili əslində sıxılmış vaxtdır, zahirən göründüyündən daha uzun bir tarix parçasıdır. 1918-ci ilin may ayında Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurmuşdu. Lakin təəssüf ki, biz həmin müstəqilliyi xarici təcavüz nəticəsində iki il sonra itirmişdik. İndi 23 ildir ki, yenidən müstəqilik və bir dəfə itirdiyimizə görə bəlkə də bu müstəqilliyin qiymətini daha yaxşı anlayır, suverenliyin dəyərini böyük müstəqillik tarixi olan ölkələrdən də artıq tuturuq. Və müstəqilliyimizin XXI əsr içərisində çətin yollardan keçərək irəliləməsində, möhkəmlənməsində, ölkəmizdə demokratik təsisatların bərqərar olmasında, insan hüquqlarının daha geniş şəkildə təmin edilməsində, hüquqi dövlət quruculuğunda Avropa Şurasının misilsiz rolu var. Biz də Avropa Şurasına gənc müstəqil dövlətlərin ən böyük sərvəti olan suverenliyin başlıca zirehlərindən, qoruyucularından biri kimi baxırıq. Bu inam həm də zənnimcə, Avropa Şurasının ən böyük məsuliyyətini yaradır. Avropa Şurasının həmin ümidi və inamı qırmağa haqqı yoxdur və üzv ölkələrin müstəqilliklərinə qarşı ortaya çıxan istənilən situasiyada bu təşkilat öz sözünü deməlidir. Bir ay sonra Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etməyə başlayacaq Azərbaycan 13 il əvvəlki Azərbaycan deyil. Bu artıq iqtisadi, siyasi, mədəni cəhətdən qat-qat irəliləmiş, güclənmiş, müsbət dünya təcrübələrini əxz etmiş, sabaha inamla gedən bir dövlətdir. Bu inkişafda Avropa Şurasının haqqı böyükdür və bunun üçün biz həmişə minnətdar olacağıq".

Sənəddə habelə Azərbaycanın təşkilatın fəaliyyətinə töhfələr verdiyi də qeyd olunur: "Azərbaycan arxada qalan müddətdə Avropa Şurasından yalnız öyrənməyib, həm də bu təşkilatın zənginləşməsinə öz layiqli töhfələrini verib. Azərbaycan nümayəndə heyəti ilk gündən Parlament Assambleyasında daim fəallıq göstərib, ümumavropa problemlərinin müzakirələrinə həmişə həssaslıqla yanaşıb. Azərbaycan nümayəndə heyəti üzvlərinin arxada qalan dövrdə hazırlamış olduğu çoxsaylı sənədlər, mühüm məruzələr, irəli sürdüyü faydalı ideyalar bunun əyani sübutudur. Avropa Şurasının 65 yaşının tamam olması kimi əlamətdar bir tarixin Daimi Komitənin Bakıda keçirilən iclası, Azərbaycanın bu qurumun Nazirlər Komitəsinə rəhbərlik etməyə başlaması dövrünə təsadüf etməsini də bir tarixi qanunauyğunluq sayıram. Bu görülmüş işlərin yaxşı nəticəsi həm Avropa Şurasının, həm Azərbaycanın uğurunun göstəricisidir. Bu, səmərəli əməkdaşlığın, qarşılıqlı inam və etibarın sübutudur. Məhz belə bir model bütün gələcəkdə Avropa Şurasının fəaliyyət modeli olaraq qalarsa, söz yox ki, təşkilatın beynəlxalq aləmdəki nüfuzu indikindən də artıq olacaq".

Qeyd etmək lazımdır ki, bu ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul etdikdən sonra AŞ PA-nın növbəti yay sessiyasında Strasburqda Azərbaycan dövləti adından ayrıca təqdimatın olacağı nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Nazirlər Komitəsi
  • Rafael Hüseynov
  • AŞ PA
Digər xəbərlər
Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik
Mədəniyyət 17 Sentyabr 12:26
AŞ PA-nın yay sessiyası işə başlayıb
Siyasət 24 İyun 15:03
Azərbaycanlı deputat: Dağlıq Qarabağ münaqişəsi qadınlara ağır yük olub
Siyasət 9 Aprel 16:00
Finlandiya Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb
Dağlıq Qarabağ Münaqişəsi 23 Yanvar 16:37
Səməd Seyidov: AŞ PA və Azərbaycan arasında, xüsusilə Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq
Siyasət 22 Yanvar 00:00
Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi
Siyasət 21 Yanvar 17:04
Xəbər lenti
İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik
Cəmiyyət 23:00
Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu
Gündəm 22:31
Lənkəranda zəlzələ olub
Hadisə 22:07
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Dünya xəbərləri 21:36
Bakıda yol qəzası - Aeroport yolunda sıxlıq yaranıb (FOTO)
Cəmiyyət 20:49
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb (FOTO)
İdman 20:40
İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb
Dünya xəbərləri 20:15
Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib
Gündəm 19:43
Bakıda mənzildə kişi meyit aşkarlanıb
Hadisə 19:36
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri