...

Türkiyədə dövlət məmurlarının telefonlarını dinləməkdə şübhəli bilinən altı polis həbs edilib

Siyasət Materials 10 Aprel 2014 11:49 (UTC +04:00)
Türkiyənin Adana vilayətində dövlət məmurlarının telefon danışıqlarını qanunsuz olaraq dinləməkdə şübhəli bilinən altı polis həbs edilib.
Türkiyədə dövlət məmurlarının telefonlarını dinləməkdə şübhəli bilinən altı polis həbs edilib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Adana vilayətində dövlət məmurlarının telefon danışıqlarını qanunsuz olaraq dinləməkdə şübhəli bilinən altı polis həbs edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Həbs olunanlar arasında iki yüksək çinli polis nümayəndəsi də var. Onların adları açıqlanmır.

Fevralın 25-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın, eləcə də Baş nazirin ailə üzvlərinin telefon danışığı dinlənilib.

Bir qədər əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatının CHP ilə sıx əlaqələrə malik olduğunu və bu iki strukturun birgə fəaliyyətinin hökumətin zəiflədilməsinə yönəldiyini bəyan edib.

Fevralın 27-də Ərdoğan Güləni Türkiyənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti