...

İlham Əliyev Tbilisidə Azərbaycanın Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub

Siyasət Materials 6 May 2014 10:33 (UTC +04:00)
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub.
İlham Əliyev Tbilisidə Azərbaycanın Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub.

Trend-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadratmetr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb.

Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanıb. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Səfirliyin inzibati binasının giriş zalında ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti