Mehriban Əliyeva: Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir (MÜSAHİBƏ) (FOTO)

Mehriban Əliyeva: Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yaradılmasının 10 illiyi ilə bağlı "The Business Year" jurnalına müsahibə vermişdir. Trend AzərTAc-a istinadən müsahibəni təqdim edir.

Azərbaycanın birinci xanımı müsahibəsində bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü. Cəmiyyətin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradıldı: "Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir".

Mehriban Əliyeva qeyd edib ki, yarandığı dövrdən indiyədək Fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanmışdır: "Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompyuter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir".

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir: "Bunlar "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə son 10 ildə respublikada 2 min 700 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. Fondun bu qəbildən olan yeni təşəbbüsü "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsidir. Cəmiyyətə bu il təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur".

Birinci xanım deyib ki, Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması: "Bu sırada UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılmasını, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını xatırlamaq olar".

Heydər Əliyev Fondunun prezidenti bildirib ki, hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir: "Müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur".

Mehriban xanım Əliyeva vurğulayıb ki, Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir. Fondun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir: "Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur".

Onun sözlərinə görə, Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir: "Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir".

Birinci xanım qeyd edib ki, Fond hər il təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Fond, həmçinin qaçqın və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət göstərən qurumlara bayram hədiyyələri göndərir: "Heydər Əliyev Fondu bu uşaqların dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər ölkələrdən olan uşaqların Azərbaycana gəlmələrinə və ölkəmizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmalarına imkan yaradır. Fondun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və Rumıniyaya, həmçinin ABŞ, Gürcüstan, Rumıniya və Rusiyadan olan məktəblilərin isə Azərbaycana səfərləri təşkil olunmuşdur".

Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu beynəlxalq səviyyəli qurumdur. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir: "Fond Azərbaycandan kənarda da çox mühüm proqram və layihələr reallaşdırır. Xarici ölkələrdə həyata keçirilən proqram və layihələr əsasən üç istiqaməti əhatə edir: Azərbaycanın tanıdılması, o cümlədən xalqımızın tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan və azərbaycanlılarla bağlı tarixi, mədəni irsin bərpası və qorunması; Fondun məramına uyğun olaraq humanitar və sosial inkişafa kömək göstərilməsi".

Heydər Əliyev Fondunun prezidenti deyib ki, Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını mədəniyyət günləri, sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş mərasimlər təşkil etməklə yerinə yetirir: "Bunlara misal olaraq, "Azərbaycan xalçaları ilə nağıllar aləminə" adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada keçirilən tədbirləri göstərmək olar".

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir: "Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" toplusu və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı təqdim olunur. 2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır".

Birinci xanım bildirib ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Azərbaycanda reallaşdırdığı layihələri xaricdə də uğurla tətbiq edir. Məsələn, "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur: "Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmişdir. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın "Hepatit B" virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir".

Fondun prezidenti qeyd edib ki, 2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə yardımı göstərmişdir: "Fond tərəfindən xaricdə həyata keçirilən mədəniyyət layihələri bu qurumun mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə töhfələrini verməklə əyani şəkildə nümayiş etdirir. Bu sahədə görülən işlərdən Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmirini misal göstərmək olar".

Mehriban Əliyeva vurğulayıb ki, Heydər Əliyev Fondu Azərbaycandan kənarda səhiyyə sahəsində də layihə və aksiyalar həyata keçirir: "2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilmiş, 2010-cu ilin dekabrında Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşını hədiyyə olunmuşdur. 2012-ci ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Polşada fəaliyyət göstərən Anna Dımnanın "Mimo Wszystko" (Heç nəyə baxmayaraq) Fondunun terapevtlərinin Azərbaycana səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra məşğələlər və kurslar keçmişlər. 2013-cü ilin martında Azərbaycandan olan daun sindromlu uşaqların və onların valideynlərinin Polşanın Krakov şəhərinə səfəri təşkil olunmuşdur".

Onun sözlərinə görə, Heydər Əliyev Fondu xarici ölkələrdə digər sosial layihələr də həyata keçirir. Fond Haitidə zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına maliyyə dəstəyi vermişdir. 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir: "Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya, Macarıstan, İtaliya və Almaniyada sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin uğurlu inteqrasiyasına xidmət edir və xalqları bir araya toplamağa töhfələrini verir. Parkların təmirinə, tarixi abidələrin bərpasına yönəldilmiş layihələr Fondun mənəvi əhəmiyyətini göstərir. Bu, həm də bütün dünyada dostluğa və sülhə çağırışın rəmzidir".

Mehriban xanım Əliyeva qeyd edib ki, bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur: "Yarandığı vaxtdan indiyə qədər yüksək təşkilatçılıq keyfiyyətləri və yorulmaz fəaliyyəti sayəsində Fond şərəfli yol keçmiş, Azərbaycanda və xaricdə ümumbəşəri dəyərlərin daşıyıcısı, inkişaf və tərəqqi, ümid və mərhəmət ünvanı kimi tanınmışdır. Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir".

AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb
AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib (FOTO)
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib (FOTO)
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Loading Bars
Xəbər lenti
Könül Nurullayeva QSL 2021 Digital Sammitində iştirak edib (VİDEO)
Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib (FOTO)
Azərbaycanda bir sıra cərimələr artırılır
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
"Mediasiya haqqında" qanuna dəyişiklik edilir
Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb
Azərbaycanda qaz hasilatı artıb
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb
14 nəfərlik erməni silahlı dəstənin üzvləri 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər (FOTO) (ƏLAVƏ OLUNUB)
Sabah 44 dərəcəyədək isti olacaq
Bakıda küçədə vətəndaşı döyüb öldürənlər tutulub
Lənkəranda iki qohumunu güllələyib qətlə yetirən şəxs yaxalandı
Əmək pensiyasına əlavə yeni qaydalarla təyin ediləcək
Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq
Azərbaycanın Tokio-2020-də bayraqdarı müəyyənləşib
Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı
Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı - SƏRƏNCAM
MEDİA-nın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib (FOTO)
Azərbaycan Avtomobil Federasiyasına ağır itki üz verib (FOTO)
Milli Məclis enerji resursları barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib
Azərbaycanda abonentlər enerji auditi sifariş edə biləcək
İnsanlar qida zəhərlənmələrinin əsas infeksiya mənbəyidir - Səhiyyə Nazirliyinin mütəxəssisi
Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir – Sahibə Qafarova
Azərbaycanda qum və çınqıl materiallarına tələbat artıb
Şəmkirdə polisə zor tətbiq edən restoran sahibi həbs olunub
“Azercell”in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru
Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır - Rauf Əliyev
Azərbaycanla Türkmənistan "Dostluq" yatağı üzrə müqavilə layihəsi hazırlayır
Milli Məclisin növbədənkənar iclası başladı
Azərbaycan Şimali Makedoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq edə bilər (FOTO)
Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi - Səttar Möhbalıyev
Cəbrayıl rayonunun Şahvəlli kəndi (VİDEO)
DGK iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək
Kür çayındakı adalarda 21 tona yaxın çətənə kolu əkən şəxslər saxlanılıb (FOTO/VİDEO)
İyunun 28-də avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA
Toydan qabaq “Sakin Ol”-un!
3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib (FOTO)
Qaxda mineral su istehsalı sexində ölüm hadisəsi olub
Gəncə Dövlət Universiteti “Ombudsman Ofisinin fəaliyyəti necə qurulmalı” adlı vebinarda təmsil olunub (FOTO)
Goranboyda yabanı çətənə kolları məhv edilib (FOTO)
Avtomobil bazarında yeni tendensiya: Alıcılar bu avtomobillərə üstünlük verir
İyunun 25-də xarici valyutaların manata qarşı məzənnələri
Deputatlar növbədənkənar iclasda 12 məsələni müzakirə edəcək
Arıçı-fermerlərə mina təhlükəsinə dair təlim keçirilib (FOTO)
"Panasonic" "Tesla"dakı payını satdı
Bakıda bu istiqamətlərdə yollarda sıxlıq yarandı
Bayden əfqan liderlərini birliyə çağıracaq
Gəncədə soyğunçuluq edən və narkotik saxlayan şəxslər saxlanılıb (FOTO)
"AmCham" Azərbaycanda işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir (ÖZƏL)
Azərbaycan və Ukrayna birgə müəssisələr yaratmağı planlaşdırır
Çinin şimal-qərbində zəlzələ baş verib
Rusiyada təyyarə qəzaya uğrayıb, ekipaj sağ qalıb
Çində təlim mərkəzi yanıb, 18 nəfər ölüb
Peyvənd olunan Britaniya sakinləri ölkəyə dönərkən təcriddən azad edilir
Rusiyanın şərqində iki zəlzələ qeydə alınıb
Florida Qubernatoru evin çökməsi ilə bağlı fövqəladə vəziyyət elan edib
Türkiyədə koronavirusdan sağalanların sayı 5,25 milyonu ötüb
FHN Yasamal rayonundakı yanğınla bağlı yeni məlumat yayıb (VİDEO) (YENİLƏNİB)
Çexiyada tornado ciddi fəsadlar törədib, ölənlər var
Azərbaycan Şimal-Cənub marşrutunun Hindistan limanı ilə əlaqələndirilməsində strateji rol oynayır
"İnstagram"ın işində qüsurlar yaranıb
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
Çexiya Azərbaycanın azad edilmiş bölgələrinə investisiyalar yatırmaq üçün yeni layihələr hazırlayır - Səfir
Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib
Ticari-iqtisadi əlaqələr Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında hərəkətverici qüvvədir - Səfir
Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub
Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Türkiyə ilə Rusiya prezidentləri Qarabağla bağlı müzakirə aparıb
Xəstəliyi olub əlillik ala bilməyənlər gələn ildən ala biləcəklər - YENİ QAYDALAR
Azərbaycan koronavirusla mübarizədə bütün potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu - Aydın Quliyev
Əliağa Kürçaylı küçəsi əsaslı təmir olunur (FOTO)
Azərbaycan Ordusu öz yaranma tarixini qalib kimi qeyd edir
MDU-da “Şuşa bəyannaməsi miqrasiya kontekstində” mövzusunda birgə seminar keçirilib (FOTO)
Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir
Peyvənd olunaq, virusa "toy tutaq"
Güləşçimiz Olimpiada öncəsi İstanbulda beynəlxalq turnirdə iştirak edəcək
Qazi “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edildi
Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib
Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir (FOTO)
Anar Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilib
Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilib
AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN
Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları müəyyənləşib
General Həmidov küçəsi əsaslı şəkildə təmir edilir (FOTO)
Hərbi qulluqçular “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi
Özünüməşğulluq proqramına cəlb olunan qazi və şəhid ailələrinin təsərrüfatlarına mediatur olub (FOTO)
Xocavənddə ermənilər tərəfindən yola basdırılmış minalar aşkarlandı (FOTO)
Bir qrup hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olundu
Talibandan qaçan əfqan əsgərlər vətənlərinə döndülər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Ölkənin aparıcı brendlərindən olan Xırdalan - arpa yığımı və mövsümün yenilikləri barədə (FOTO)
Bütün xəbərlər