...

"The Business Year" şirkəti Mehriban Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 14 May 2014 20:03
"The Business Year: Azerbaijan - 2014" nəşrinin bu gün keçirilən təqdimat mərasimində "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb.
"The Business Year" şirkəti Mehriban Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb (ƏLAVƏ OLUNUB-2)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

"The Business Year: Azerbaijan - 2014" nəşrinin bu gün keçirilən təqdimat mərasimində "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb.

Trend-in məlumatına görə, mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan olunub.

İ.Mustafayev çıxışında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına salamlarını çatdırıb və "The Business Year" jurnalına təqdimata görə təşəkkürünü bildirib: "Siz bilirsiniz ki, 10 may 2014-cü ildə Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti tamam olmuşdur və bu fəaliyyətə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək qiymət vermişdir. Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndər Heydər Əliyevin irsini öyrənmək və onu geniş ictimaiyyətə, gənc nəslə çatdırmaqdır və bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən nəinki Azərbaycanda, eləcə də bütün dünyada mədəniyyət, təhsil, səhiyyə, sosial yönümlü layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Tolerantlıq ünvanı Azərbaycandır" adlı böyük layihə həyata keçirilir. "The Business Year" jurnalına gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti