Azərbaycan, Bakı, 26 may /Trend/
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2014-cü il 16 may tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, qanunun 14.8.1-ci maddəsi aşağıdakı redaksiyada verilir:
14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: |
|
14.8.1.1. 3 ayadək |
30 manat |
14.8.1.2. 6 ayadək |
60 manat |
14.8.1.3. 1 ilədək |
120 manat |
14.8.1.4. 1 il 6 ayadək |
180 manat |
14.8.1.5. 2 ilədək |
240 manat |
14.8.1.6. 2 il 6 ayadək |
300 manat |
14.8.1.7. 3 ilədək |
360 manat |
Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilir:
14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: |
|
14.8.1-1.1. 3 ayadək |
15 manat |
14.8.1-1.2. 6 ayadək |
30 manat |
14.8.1-1.3. 1 ilədək |
60 manat |
14.8.1-1.4. 1 il 6 ayadək |
90 manat |
14.8.1-1.5. 2 ilədək |
120 manat |
14.8.1-1.6. 2 il 6 ayadək |
150 manat |
14.8.1-1.7. 3 ilədək |
180 manat |
14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: |
|
14.8.1-2.1. 1 illik |
40 manat |
14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
80 manat |
14.8.2-ci maddənin əvvəlinə "Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə" sözləri əlavə edilir.
Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilir:
14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə |
150 manat |
14.15-ci maddə aşağıdakı redaksiyada verilir:
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: |
|
14.15.1. 30 günədək |
30 manat |
14.15.2. 60 günədək |
60 manat |
Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilir:
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: |
|
14.15-1.1. 30 günədək |
15 manat |
14.15-1.2. 60 günədək |
30 manat |
18.58-ci maddə aşağıdakı redaksiyada verilir:
"18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. 3 ayadək - 350 manat;
18.58.2. 6 ayadək - 600 manat;
18.58.3. 1 ilədək - 1000 manat.".
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.