...

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər konfransının sessiyasına sədrlik edib

Siyasət Materials 29 May 2014 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əhmədova/

Qoşulmama Hərəkatının 28-29 may tarixlərində Əlcəzairdə keçirilən nazirlər konfransına ev sahibliyi və sədrlik edən Əlcəzairin müraciəti əsasında Qoşulmama Hərəkatının fəal üzvü olan Azərbaycan Respublikası adından nazir Elmar Məmmədyarov nazirlər konfransının sessiyasına sədrlik edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarovun sədrlik etdiyi sessiyada Seneqal, Fələstin, Niger, İspaniya və digər dövlətlərin nümayəndələri çıxış ediblər və Qoşulmama Hərəkatının gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti