...

Türkiyə Baş nazirinin müşaviri: Ölkə prezidenti səsvermənin I turunda seçiləcək

Siyasət Materials 7 İyun 2014 11:33 (UTC +04:00)
Çox güman ki, Türkiyə Prezidenti səsvermənin I turunda seçiləcək və II turun keçirilməsinə ehtiyac olmayacaq.
Türkiyə Baş nazirinin müşaviri: Ölkə prezidenti səsvermənin I turunda seçiləcək

Azərbaycan, Bakı, 7 iyun/Trend, müxbir R. Hafizoğlu/

Çox güman ki, Türkiyə Prezidenti səsvermənin I turunda seçiləcək və II turun keçirilməsinə ehtiyac olmayacaq. Trend-in şənbə günü "Milliyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Baş nazirinin müşaviri Yalçın Ağdoğan deyib.

Bununla belə, o, Türkiyənin hakim partiyasından seçkilərdə iştirak edəcək namizədin adını açıqlamayıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu ilin avqustun 10-na təyin edilib. Əgər namizdələr I turda səslərin 51 faizini toplamasa, avqustun 24-də II tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti