Azərbaycan, Bakı, 10 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.
Prezident Administrasiyasındakı mənbələrdən Trend-ə bildiriblər ki, R.Rəsulzadə əsasən dövlət hesabına Almaniyanın məşhur "Şarite" hospitalında əməliyyat və müalicə ediləcək.
Qeyd edək ki, R.Rəsulzadə ağır xəstəlikdən əziyyət çəkir.
Xatırladaq ki, R.Rəsulzadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssamdır, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.
Azərbaycan Prezidentinin tapşırığı ilə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi əməliyyat olunmaq üçün Almaniyaya göndərilib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.
