...

Politoloq: Özlərini şanlı və şərəfli tarix sahibi və güclü millət hesab edən erməniləri Uruqvay da rədd etdi

Siyasət Materials 17 İyul 2014 13:12 (UTC +04:00)
Ermənistan Prezidenti S.Sarkisyanın Uruqvaya səfəri gözlənilən idi və bu səfərə hazırlıq prosesi çoxdan başlamışdı.
Politoloq: Özlərini şanlı və şərəfli tarix sahibi və güclü millət hesab edən erməniləri Uruqvay da rədd etdi

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Ermənistan Prezidenti S.Sarkisyanın Uruqvaya səfəri gözlənilən idi və bu səfərə hazırlıq prosesi çoxdan başlamışdı. Uruqvaya səfərin əsas məqsədi Dağlıq Qarabağın müstəqilliyinin Uruqvay tərəfindən tanınmasına nail olmaq idi. Bunun üçün ermənilər uğurlu şərait və zaman hesablayırdılar. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, ermənilərin uğurlu zamanı indiki dövrə düşdü. İl yarım bundan öncə Uruqvayın vitse-prezidenti, parlamentin spikeri Danilo Astori Uruqvaydakı ermənilərin təsiri altına düşərək 2012-ci ilin noyabrında Dağlıq Qarabağa səfər etmişdi: "Dağlıq Qarabağın müstəqilliyinin tanımasının lehinə bəyanatlar vermişdi. Eləcə də Uruqvay 1965-ci ildə "erməni soyqırımı"nı tanıyan ilk dövlətdir. Ermənilər o zaman Uruqvay xalqının saflığından, sadəliyindən və kasıblığından istifadə edərək, "erməni soyqırımı"nın tanınması barədə dövlət səviyyəsində qərar qəbul etdirmişdilər. İndi də ermənilər düşünürdülər ki, Uruqvay xalqını və onun prezidentini aldada biləcəklər. Amma uruqvaylılar bu dəfə aldanmadı. Həm 1965-ci ildən sonra ermənilər uruqvaylılara verdiyi vədləri yerinə yetirməmişdilər, həm də Azərbaycanın siyasəti fəaliyyətdədir. Uruqvay və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin qısa mətnində DQ münaqişəsinin tənzimlənməsinə çox həcmin ayrılması diqqəti çəkir".

M.Əhmədoğlu qeyd edib ki, səthi təhlil göstərir ki, ən son anda mətn dəyişilib. Ola bilər, bu prezident Xose Muxikanın son andakı göstərişi ilə əlaqəlidir: "Nəticə bəllidir, Uruqvay Dağlıq Qarabağın müstəqilliyini tanımadı. S.Sarkisyanın ən böyük ümidi boşa çıxdı. Ermənistanın İctimai Televiziyasına son müsahibəsində o Dağlıq Qarabağı "ikinci erməni respublikası" adlandırmışdı. S.Sarkisyan bu fikri səsləndirərkən Uruqvaya səfər edəcəyi bəlli idi. Çıxan ən böyük nəticə isə ermənilərin tanınması ilə bağlıdır. Özlərinə yalan tarix yazan, saxta din düzəldən ermənilər indi ifşa olunurlar. Özünü Avropa sivilizasiyasiyasının tərkib hissəsi elan edən ermənilərin "soyqırımını" Fransanı çıxmaq şərti ilə Avropanın heç bir dövləti rəsmi dövlət səviyyəsində tanımayıb. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtdıra bilmədi. Tarix və qloballaşma erməniləri layiq olduqları yerə qaytarır. Ona görə də ermənilər indi Uruqvaya möhtacdır. S.Sarkisyan, O.Abramyan və Q.Saakyanın rəhbərlik etdiyi Ermənistan yaxın zamanlarda daha böyük sürətlə geriləyəcək. O da nəzərə alınmalıdır ki, S.Sarkisyan, O.Abramyan və Q.Saakyan kimi nadanların indi erməni xalqına rəhbərlik etməsi tarixi qanunauyğunluqdur. Erməni mifologiyası, saxta erməni xristianlığı haçansa ifşa olunmalı idi. Görünür, tarix indi məsləhət bilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti