...

Əhməd Davudoğlu: İsrail İslam dünyasındakı parçalanmadan yararlandı

Siyasət Materials 18 İyul 2014 16:22 (UTC +04:00)
İsrail İslam dünyasındakı parçalanmadan yararlandı və fələstinlilərə qarşı hərbi əməliyyatlara başladı.
Əhməd Davudoğlu: İsrail İslam dünyasındakı parçalanmadan yararlandı

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İsrail İslam dünyasındakı parçalanmadan yararlandı və fələstinlilərə qarşı hərbi əməliyyatlara başladı. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Haber" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, İslam dünyası İsrailin təcavüzünə sakitcə baxmamalıdır.

Nazir həmçinin qeyd edib ki, Ankara Yaxın Şərq regionunda tam sülhün bərqərar olmasına nail olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti