...

Müdafiə nazirinin müavini: Azərbaycan NATO standartlarına inteqrasiya üçün islahatları davam etdirir

Siyasət Materials 18 İyul 2014 19:12 (UTC +04:00)
Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirir və alyansın standartlarına inteqrasiya üçün islahatlar aparır.
Müdafiə nazirinin müavini: Azərbaycan NATO standartlarına inteqrasiya üçün islahatları davam etdirir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Elçin Hüseynov/

Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirir və alyansın standartlarına inteqrasiya üçün islahatlar aparır. Trend-in məlumatına görə, bu barədə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev aparıcı KİV-lərin rəhbərləri ilə görüşdə deyib.

General-letenant bununla da bəzi KİV-də Azərbaycanın artıq NATO-ya inteqrasiya etmək niyyətində olmadığı və postsovet, Rusiya hərbi sisteminə qayıtdığı barədə yayılan məlumatları təkzib edib: "Biz NATO ilə əməkdaşlıq edirik və bu istiqamətdə hərəkət edirik".

K.Vəliyev bildirib ki, indiyədək Azərbaycan Müdafiə Nazirliyinin 7 nümayəndəsi NATO-nun mənzil-qərargahında xidmət keçiblər və yaxın zamanlarda onların sayı 10-a çatdırılacaq. Ümumilikdə 237 azərbaycanlı xaricdə müxtəlif səviyyələrdə hərbi təhsil alır.

Nazir müavini qeyd edib ki, Azərbaycanda Rusiya hərbi texnikalarından istifadə olunur, ona görə də azərbaycanlı hərbçilərin Rusiya hərbi təhsilinə yiyələnməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti