...

Qəzet: Türkiyədə biometrik pasportların buraxılışı üzrə tenderin nəticələri ləğv edilib

Siyasət Materials 4 Avqust 2014 16:42 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Əfqan Əla Türkiyə vətəndaşları üçün biometrik pasportların buraxılışı üzrə bir az əvvəl Fransanın "Gemalto" şirkətinin qalib gəldiyi tenderin nəticələrinin ləğv edilməsi barədə göstəriş verib.
Qəzet: Türkiyədə biometrik pasportların buraxılışı üzrə tenderin nəticələri ləğv edilib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin daxili işlər naziri Əfqan Əla Türkiyə vətəndaşları üçün biometrik pasportların buraxılışı üzrə bir az əvvəl Fransanın "Gemalto" şirkətinin qalib gəldiyi tenderin nəticələrinin ləğv edilməsi barədə göstəriş verib. Bu barədə Trend bazar ertəsi "Sabah" qəzetinə istinadən xəbər yayıb.

Ölkə vətəndaşlarına biometrik pasportların verilməsinə bu ilin avqustundan başlanmalı idi.

Qəzetin yazdığına görə, tenderin nəticələrinin ləğv edilməsinə səbəb birincisi, Türkiyə hakimiyyətinin ölkə vətəndaşlarının məlumat bazasının ABŞ-ın əlinə keçməsi, ikincisi isə şirkət rəhbərliyinin hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülən ilə sıx əlaqələrə malik olması olub.

Türkiyədə Gülən barəsində dövlət çevrilişinə cəhd və ölkəyə qarşı casusluqla əlaqədar cinayət işi açılıb.

Türkiyədə pasportların dörd növü mövcuddur: adi vətəndaşlar üçün tünd qırmızı üzlüklü pasportlar; nazirlər və parlamentin keçmiş deputatları üçün yaşıl üzlüklü pasportlar; bələdiyyələrin rəsmi məmurları, xaricdə ölkəni rəsmən təmsil edən Türkiyə vətəndaşları, Türkiyənin Aviasiya assosiasiyasının və ölkənin Qırmızı Aypara Cəmiyyətinin ali rəhbərləri üçün boz üzlüklü pasportlar, qara üzlüklü pasportlar isə konsul şöbələrinin əməkdaşları, parlamentin deputatları, Konstitutsiya, Ali Hərbi Məhkəmənin hakimləri, Prezident, Baş nazir və Türkiyə XİN rəhbəri üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti