...

Türkiyədə Gülən hərəkatına qarşı əməliyyatlar bərpa edilib

Siyasət Materials 5 Avqust 2014 11:23 (UTC +04:00)
Türkiyədə Gülən hərəkatına qarşı əməliyyatlar bərpa edilib.
Türkiyədə Gülən hərəkatına qarşı əməliyyatlar bərpa edilib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətulalh Gülən hərəkatına qarşı əməliyyatları bərpa edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Həmin əməliyyat çərçivəsində İstanbulda polis idarələrinin hərəkat tərəfdarflarından təmizlənməsi həyata keçirilir.

Bir müddət əvvəl bildirilmişdi ki, iyulun 22-də Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti