Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
İran Prezidenti Həsən Ruhani tezliklə Ermənistana rəsmi səfər edəcək. Trend-in "Armenpress" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi jurnalistlərə bildirib.
Səfir deyib ki, konkret tarix hələ dəqiqləşdirilməyib: "Buna baxmayaraq, prezidentlərin səfəri üçün xüsusi proqram olmalıdır. Adətən, belə səfərlər ikitərəfli olur".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bu ilin mayında Tehrana səfəri zamanı İran Prezidentini öz ölkəsinə səfərə dəvət etmişdi.