Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi.
Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə İSESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırdı.
Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini dedi. Baş direktor Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə də toxunuldu.