...

Müsavat Partiyasında fraksiya yaradıla bilər

Siyasət Materials 10 Oktyabr 2014 16:45 (UTC +04:00)
Müsavat Partiyasındakı mənbədən Trend-ə verilən məlumata görə, sentyabrın 27-də keçirilən başqan seçkilərindən narazı qalan partiya üzvləri seçkilərdə baş verən saxtakarlıqların qarşısını almaq istiqamətində fəaliyyət göstərirlər.
Müsavat Partiyasında fraksiya yaradıla bilər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasında fraksiya yaradıla bilər.

Müsavat Partiyasındakı mənbədən Trend-ə verilən məlumata görə, sentyabrın 27-də keçirilən başqan seçkilərindən narazı qalan partiya üzvləri seçkilərdə baş verən saxtakarlıqların qarşısını almaq istiqamətində fəaliyyət göstərirlər.

Mənbənin bildirdiyinə görə, saxtakarlıqların qarşısını almaq mümkün olmadıqda, çox böyük ehtimalla fraksiya və ya ayrı bir islahatçı qanad yaradılacaq.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu bundan əvvəl Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İ.Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti