...

Gələn il Azərbaycan beynəlxalq fəaliyyət sahəsinə 210,4 milyon manat vəsait xərcləyəcək

Siyasət Materials 14 Oktyabr 2014 12:10 (UTC +04:00)
Gələn il Azərbaycanın dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Gələn il Azərbaycan beynəlxalq fəaliyyət sahəsinə 210,4 milyon manat vəsait xərcləyəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Gələn il Azərbaycanın dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində 2015-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat, o cümlədən diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait proqnozlaşdırılıb.

Həmin vəsaitin 100 milyon manatını Azərbaycan Respublikası tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.

2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti