...

Malena Mard: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü son dərəcə vacibdir

Siyasət Materials 22 Oktyabr 2014 10:10 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi planlaşdırılan görüşünün vacibliyini vurğulayıb.
Malena Mard: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü son dərəcə vacibdir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi planlaşdırılan görüşünün vacibliyini vurğulayıb.

Trend xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard jurnalistlərə bildirib: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksəksəviyyəli görüşlərin keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti