...

İtaliyanın sabiq Baş nazirləri də Bakıya gələcək

Siyasət Materials 6 Noyabr 2014 17:04 (UTC +04:00)
III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq baş nazirləri də iştirak edəcək
İtaliyanın sabiq Baş nazirləri də Bakıya gələcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin iştirakı gözlənilir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkənin sabiq hökumət başçısı (2013-2014) Enriko Letta ilə görüşüb və onu III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməyə dəvət edib. E.Letta dəvəti məmnuniyyətlə qəbul edərək Foruma qatılacağını bildirib. Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri müzakirə edilib.

İtaliyanın digər sabiq hökumət rəhbəri (1996-1998, 2006-2008) və Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub.

Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumunun 2015-ci ilin aprelində keçirilməsi nəzərdə tutulub. Forumun işində 40-dan artıq ölkənin sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti