...

Azərbaycanda yaşayan Moldova vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Siyasət Materials 27 Noyabr 2014 11:52 (UTC +04:00)
Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
Azərbaycanda yaşayan Moldova vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Səba Ağayeva/

Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq. Bu barədə cümə axşamı Trend-ə diplomatik missiyadan məlumat verilib.

Səfirliyin məlumatında deyilir: "2014-cü il noyabrın 30-da Moldovada ölkə parlamentinə növbəti seçkilər keçiriləcək. Həmin gün Moldovanın Bakıdakı Hüseyn Cavid prospekti, 520, ev 12 ünvanında yerləşən səfirliyində yerli vaxtla saat 07:00-dən 21:00-dək 391 saylı seçki məntəqəsi açılacaq".

Səfirlikdən bildiriblər ki, səsvermədə Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak edə bilərlər.

Seçkidə iştirak etmək üçün Moldova vətəndaşlarının xarici pasport və ya dənizçi pasportunu özləri ilə götürmələri vacibdir.

Moldova parlamentinə seçkilər üçün seçki bülletenlərində 25 namizədin adı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti