...

AVCİYA: Seçkilər sakit tərzdə, demokratik mühitdə keçir

Siyasət Materials 23 Dekabr 2014 17:19 (UTC +04:00)
“Biz AVCİYA olaraq 400 seçki məntəqəsində müşahidə aparırıq. Müşahidəçilərimizlə müntəzəm əlaqə saxlayırıq. İndiyədək seçkilər sakit tərzdə, demokratik mühitdə keçir və ciddi bir qanun pozuntusu qeydə alınmayıb”.
AVCİYA: Seçkilər sakit tərzdə, demokratik mühitdə keçir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İlkin İzzət/

"Biz AVCİYA olaraq 400 seçki məntəqəsində müşahidə aparırıq. Müşahidəçilərimizlə müntəzəm əlaqə saxlayırıq. İndiyədək seçkilər sakit tərzdə, demokratik mühitdə keçir və ciddi bir qanun pozuntusu qeydə alınmayıb".

Bunu Trend-ə açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

AVCİYA-nın Seçki Qərargahının rəhbəri qeyd edib ki, ötən seçkilərlə müqayisədə seçicilər daha çox fəallıq nümayiş etdirirlər: "Ötən bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin fəallığı daha yaxşıdır. Bilirsiniz ki, əhali digər seçkilərə nisbətən bələdiyyə seçkilərinə elə də maraq göstərmir. Çünki prezident və parlament seçkilərində daha ciddi mübarizə gedir. Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan məlumatına görə, seçici fəallığı 32,44 faiz olub. Bizdə də 400 məntəqə üzrə buna yaxın rəqəm qeydə alınıb".

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti