...

ABŞ-da Gülən hərəkatına qarşı azərbaycanlıların da qatıldığı aksiya keçirilib

Siyasət Materials 12 Yanvar 2015 11:26 (UTC +04:00)
ABŞ-da Gülən hərəkatına qarşı aksiya keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
ABŞ-da Gülən hərəkatına qarşı azərbaycanlıların da qatıldığı aksiya keçirilib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

ABŞ-da Gülən hərəkatına qarşı aksiya keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata əsasən, etiraz aksiyasında türklərlə yanaşı, azərbaycanlılar, bosniyalılar və Axıska türkləri dərnəkləri iştirak ediblər.

Aksiyaçılar Gülən hərəkatının ABŞ-da antitürkiyə təbliğatı aparmasını pisləyiblər.

Etiraz aksiyası "ABŞ-da paralel dövlət istəmirik" adı altında keçirilib.

Xatırladaq ki, 2014-cü il dekabrın 19-da İstanbul məhkəməsi terror təşkilatı yaratmaqda və Türkiyəyə qarşı casusluqda günahlandırılan Fətullah Gülənin həbs edilməsi barədə qərar çıxarıb.

Keçən il dekabrın 29-da İstanbul məhkəməsi ABŞ-dan F.Gülənin həbs olunması barədə qərarı yerinə yetirməyi tələb edib.

Foto: Anadolu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti