Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Avropa İttifaqı (Aİ) gec-tez Türkiyənin Aİ-yə daxil olması məsələsinin vacibliyini başa düşəcək. Trend-in cümə günü "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.
Hökumət başçısının sözlərinə görə, Türkiyə Aİ-yə daxil olmağı xahiş etmək niyyətində deyil.
Ə.Davudoğlu Aİ ölkələri arasında birliyin olmadığını qeyd edib.
Qeyd edək ki, Türkiyəni Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa edilib.