...

Azərbaycanın Osvensimin azad olunmasının 70 illiyi ilə bağlı anım mərasimində iştirakı yüksək qiymətləndirilir

Siyasət Materials 27 Yanvar 2015 17:03 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 27-də Osvensimin azad olunmasının 70-illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin Milli İnfrastruktur, Enerji və Su təchizatı naziri Silvan Şalon ilə görüşüb.
Azərbaycanın Osvensimin azad olunmasının 70 illiyi ilə bağlı anım mərasimində iştirakı yüksək qiymətləndirilir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Silvan Şalon ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şalon Azərbaycanın Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edərək təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti