...

Devid Harris: Yəhudilər dünyada baş verәn soyqırımlara hәssas yanaşırlar

Siyasət Materials 2 Fevral 2015 14:11 (UTC +04:00)
"Mən vә ailәsi Holokost qurbanı olmuş digər yəhudilər dünyada baş verәn soyqırımlara hәssas yanaşırıq".
Devid Harris: Yəhudilər dünyada baş verәn soyqırımlara hәssas yanaşırlar

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlkin İzzət/

"Mən vә ailәsi Holokost qurbanı olmuş digər yəhudilər dünyada baş verәn soyqırımlara hәssas yanaşırıq". Trend xəbər verir ki, bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə soyqırımların təkrarlanması təəssüf doğurur: "Holokostdan sonra beynәlxalq ictimaiyyәt "bir daha baş vermәsin" ifadәsini qəbul edib. Bir çox ölkәlәr bu ifadәdәn istifadә etsə də, təәssüf ki, bu, tәkrar baş verdi. Xoşniyyәtli insanlar, dövlәtlәr, dinlәr çalışmalıdır ki, bunlar bir daha təkrarlanmasın".

D.Harris bildirib ki, hazırda Azәrbaycanla İsrail arasında münasibәtlәr yaxşıdır vә bundan sonra da əlaqələr inkişaf edәcәk: "Azәrbaycanın dünyada mövcud olan yәhudi icmaları ilә münasibәtlәri yaxşıdır vә düşünürәm ki, bu münasibәtlәr getdikcә daha da inkişaf edәcәk. Әsas mәsәlә Azәrbaycandakı mövcud vәziyyәti, Azәrbaycanın üstünlüklәrini daha geniş tәbliğ etmәkdir. Nümayәndә heyәtinin bәzi üzvlәri Azәrbaycanın dәyәrini әvvәlcә yetәrincә bilmirdilәr. Bu sәfәrdәn sonra bu mәlumatların daha geniş tәbliğ vә tәşviq olunması bizim әsas vәzifәmiz olacaq".

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti