...

Türkiyədə müxalifət lideri Gülən hərəkatı ilə əlaqələrini inkar edir

Siyasət Materials 12 Fevral 2015 12:45 (UTC +04:00)
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu din xadimi Fətullah Gülən hərəkatının strukturları ilə əlaqələrinin olduğunu inkar edib.
Türkiyədə müxalifət lideri Gülən hərəkatı ilə əlaqələrini inkar edir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu din xadimi Fətullah Gülən hərəkatının strukturları ilə əlaqələrinin olduğunu inkar edib. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Anadolu agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, KİV-də partiyanın bəzi üzvlərinin Gülən hərəkatı ilə əlaqələrə malik olmalarına dair informasiya və bəyanatlar həqiqətəuyğun deyil.

Bir müddət əvvəl Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Birgül Ayman Gülər etiraf edib ki, onun partiyası bələdiyyə seçkiləri zamanı Fətullah Gülən hərəkatı ilə razılaşmaya malik olub. Onun sözlərinə görə, razılaşmaya əsasən, Gülən tərəfdarları bələdiyyə seçkilərində CHP-yə səs veriblər.

Kılıçdaroğlu eləcə də müxalifət partiyasının lideri kimi həmişə qeyri-leqal qurum və strukturlara qarşı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti