...

Siyavuş Novruzov: Prezidentin imzaladığı əfv sərəncamı humanizm siyasətinin davamıdır

Siyasət Materials 19 Mart 2015 15:22 (UTC +04:00)
“Cənab Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin davamıdır”.
Siyavuş Novruzov: Prezidentin imzaladığı əfv sərəncamı humanizm siyasətinin davamıdır

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Cənab Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin davamıdır". Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizim siyasəti daim davam etdirilib: "Ümummilli lider hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə, ölüm hökmü ləğv edildi. Ümummilli liderin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar kifayət qədər insanlara şamil olunub. Heydər Əliyev siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir. İndi isə Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində keçirəcəklər".

S.Novruzov daim Azərbaycanı qərəzli şəkildə tənqid edən beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyinə də toxunub. O qeyd edib ki, belə təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar: "Təbii ki, belə humanist addımları dilə gətirmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gərginləşdirsələr, onlara bir o qədər sərfəlidir. Ona görə ki, onların humanizm prinsipi yoxdur, onların prinsipi odur ki, Azərbaycana necə təzyiq göstərsinlər, necə ikili standartlarla, necə riyakarlıqla Azərbaycana qarşı addımlar atsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti