...

General-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 16 Aprel 2015 13:40 (UTC +04:00)
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olmuş general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib.
General-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olmuş general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov, Cəmiyyətin əməkdaşları və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Aslanov Cəmiyyətin yaradılması tarixi, fəaliyyəti və keçdiyi inkişaf yolu barədə iştirakçılara məlumat verib.

N.Aslanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində mühüm rol oynayıb.

N.Aslanov müstəqillik dövründə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərilən diqqət və qayğıdan danışıb.

Daha sonra çıxış edən Ə.Həsənov Ə.Şıxlinskinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olduğunu xatırladaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşadığı dövrdə təməli qoyulan bir çox işlər müstəqillik illərində davam etdirilib.

Ə.Həsənov bildirib ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi:

"Qızıl Aypara Cəmiyyəti də Cümhuriyyət dövründə yaradılıb və biz bu gün Qızıl Aypara Cəmiyyətinin 95 illiyini qeyd edirik. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılması ilə bağlı qanun qəbul edildi, insanlara fövqəladə hallarda ilkin yardım göstərilməsi sahəsində Qızıl Aypara Cəmiyyətinin rolu müəyyənləşdi".

Daha sonra Ə.Həsənov Qızıl Aypara Cəmiyyəti fəallarının Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə müxtəlif orden və medallarla təltif edildiyini diqqətə çatdırıb, orden və medalları sahiblərinə təqdim edib.

Daha sonra tədbir müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti