...

Liviyanın xarici işlər naziri Azərbaycana gəlir

Siyasət Materials 23 Aprel 2015 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Liviyanın xarici işlər naziri Mohamed Dayri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, "Yeni dünya düzənində etimadın yaradılması" mövzusunda keçiriləcək Forumda Mohamed Dayrinin geniş məruzə çıxışı nəzərdə tutulub.

Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq Baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. Farida Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.

Qeyd edək ki, Bakı Forumunda iştirak etmək üçün Mohamed Dayri ilə yanaşı üç ölkənin hazırkı dövlət başçısı - Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın Baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Hersoqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti