...

Əli Əhmədov: Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil

Siyasət Materials 7 May 2015 12:32 (UTC +04:00)
Ümumilli lider Heydər Əliyevin doğum gününü böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib.
Əli Əhmədov: Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət /

Ümummilli lider Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib. Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də, Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, ona hörmət və ehtiramını bildirəcək.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycan müasir dünyada" mövzusunda keçirilən konfransda bildirib.

Ə.Əhmədovun sözlərinə görə, YAP artıq 12-ci ildir ki, ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir: "Bu dəfəki konfransın mövzusunun "Azərbaycan müasir dünyada" olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin ideayaları, onun adı ilə bağlıdır".

Ə.Əhmədov bildirib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib: "MDB dövlətlərinin içərisində BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasından xəbər verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti